Nazir Rəşad Nəbiyevlə TRASEKA-nın Baş katibi Aset Asavbayev arasında görüş keçirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüşüb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilmiş görüşdə, həmçinin TRASEKA Hökumətlərarası Komissiyanın Azərbaycandakı milli katibi Rüfət Bayramov iştirak edib.

Görüşdə TRASEKA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, sözügedən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələr və irəli sürülən təşəbbüslər, eləcə də gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Rəşad Nəbiyev əsası 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş bu əməkdaşlıq platformasının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəmizin onun fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Rəşad Nəbiyev nazirliyin bu sahədə Daimi Katibliklə əməkdaşlığın davam etdirilməsi niyyətində olduğunu vurğulayıb.

Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş, təşkilatın fəaliyyətinin gücləndirilməsi, ölkəmizin TRASEKA Hökumətlərarası Komissiyaya sədrliyi dövründə irəli sürülmüş təşəbbüslər və müzakirə edilən yeni layihələr, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat verib.

Görüş iştirakçıları TRASEKA coğrafiyasının genişləndirilməsi, dəhlizin rəqəmsallaşdırılması, multimodal daşımaların inkişaf etdirilməsi, konteyner daşımalarının rəqabət qabiliyyətinin artırılması və dəhlizə əlavə yük axınlarının cəlb edilməsinə töhfə verə biləcək yeni layihələrin hazırlanması sahələrində əməkdaşlıq, eyni zamanda, TRASEKA dəhlizinin ikitərəfli və beynəlxalq müstəvidə təşviq edilməsi istiqamətində səylərin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı