Nazir Sahil Babayev BMT-nin Dövlət Xidmətləri Forumunda sosial islahatlar barədə məlumat verib

BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxş edərək, Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sisteminin inkişafı istiamətində aparılan islahatlarda BMT-nin qurumları ilə əməkdaşlığın mühüm rolunu diqqətə çatdırıb.  

S.Babayev gələcəyin sosial təminat sisteminin formalaşdırılmasında innovasiyaların necə yardımçı ola biləcəyinə dair fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib. O bildirib ki, cəmiyyətin  daha yaxşı gələcəyi üçün necə xidmət edəcəyimizlə bağlı öz ideya və faydalı müzakirələrimizlə bu mötəbər platformaya dəstək oluruq.  Forum onu diqqətə çatdırır ki, əlaqəli və əhatəli (inkluziv) sosial təminat sisteminin qurulması innovativ yanaşmanın və tədbirlərin daha effektiv həyata keçirilməsi ilə dəstəklənməlidir. Sosial təhlükəsizliyin idarəedilməsində  praktiki yanaşmaya, mükəmməlliyə və innovasiyalara, eyni zamanda onun əhatə dairəsinin, xidmətlərin genişləndirilməsinə, istifadəçilərin səlahiyyətlərinin və dürüstlüyün gücləndirilməsinə diqqət yetirməliyik.  

Nazir Azərbaycanda əhalinin  qaçqın və məcburi köçkünlərdən ibarət böyük bir hissəsinin, digər həssas qrupların sosial müdafiəsi sisteminin təkmilləşdirilməsində innovasiyaların geniş tətbiqinin əsas istiqamətlərdən olduğunu bildirib. O, ölkəmizdə aparılan sosial islahatlar barədə Forum iştirakçılarına ətraflı məlumat verib. Həmçinin DOST layihəsi təqdim edilib və layihə Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır