Nazir Sahil Babayev Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avqustun 23-də Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 14–16 avqust tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Related posts

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

m10 və “Mastercard” yeni rəqəmsal kartı təqdim edir

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı