Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirlikdə UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş olub - BBN

Nazirlikdə UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə uşaqların müdafiəsi, habelə əlillik və inklüzivlik, həssas qruplara aid uşaqların və ailələrin sosial müdafiəsi sahələrində UNICEF-lə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar, “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri barədə məlumat verilib. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə reinteqrasiyasına yönələn tədbirlər, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə aparılan işlər diqqətə çatdırılıb.

Ötən dövrdə qeyd olunan sahələrdə, habelə sosial işçilərin bacarıqlarının təkmilləşdirilməsi, əlilliyi olan gənclərin məşğulluq imkanlarının artırılmasının dəstəklənməsi və s. istiqamətlərdə birgə layihələrin əhəmiyyəti qeyd edilib. Cari ilin iyun ayında nazirliklə UNİCEF arasında imzalanmış 2024-2025-ci illər üçün İş Planı əsasında görülən işlərdən bəhs olunub.

S.F.Abdullah ölkəmizin uşaq qayğı sistemində aparılan islahatlar və bu islahat prosesində UNICEF-lə davamlı əməkdaşlığın həyata keçirilməsini müsbət  dəyərləndirib.

Görüşdə gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində UNICEF-lə də əməkdaşlıqda təşkil olunması nəzərdə tutulan tədbirə, həmçinin gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı