Nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir

2019-cu ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

  1. İş yerinə dair e-arayış xidməti
  2. Əlilliyə dair e-arayış xidməti
  3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
  4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
  5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
  6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
  7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması  barədə e-arayış xidməti
  8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
  9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
  10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
  11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
  12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti
  13. Məşğulluq altsistemindən e-arayış xidməti
  14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
  15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

Related posts

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı