Nazirliyin dəniz nəqliyyatı sahəsində çalışan əməkdaşları da təltif edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” və “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında” 29 iyun 2020-ci il tarixli müvafiq Sərəncamlar imzalayıb.

“Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” Sərəncamla Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (BBDTL) QSC-nin əməkdaşı Abbasov Şəmsəddin Mustafa oğluna da “Əməkdar mühəndis” fəxri adı verilib.

Cənab Prezidentin digər müvafiq Sərəncamı ilə bir qrup dəniz nəqliyyatı işçisi Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” və “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

3-cü dərəcəli “Əmək” ordeninə layiq görülənlər sırasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşı Əsədov Adışirin Zeynalabdin oğlu, nazirliyin Dövlət Dəniz Agentliyinin (DDA) əməkdaşı Dadaşov Nadir Dərya oğlu, “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında BBDTL-nin işçiləri Həsənova Kübra Əbdüləhəd qızı, Kərimov Elimdar Heydər oğlu, Səmədov Nazim Məhəmməd oğlu, DDA-nın əməkdaşı Fətullayev Babək Baba oğlu da yer alıb.

DDA-nın əməkdaşları Rəhimov Ehtiram Bəşir oğlu, Babayev Vahid Əlimirzə oğlu, Rəhimov Vamik Malik oğlu, Ağayev Sadıq Məlik oğlu “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilənlər sırasındadır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı