Nazirliyin nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

11 iyul tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. İclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti təmsil edir.

Təşkilatın idarəedici orqanı olan Şura BTİ fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr-14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında keçirilmiş seçkilərdə BTİ Şurasına üzv seçilərək Şurada təmsil olunan 48 ölkədən biri olub.

Builki sessiya “Gələcəyin tələblərinə cavab verən BTİ-nin yaradılması” mövzusuna həsr olunub. Sessiya zamanı təşkilatın İKТ sahəsi üzrə qlobal siyasətin strateji məqamları ilə bağlı müasir çağırışlara cavab verməsi istiqamətində qiymətləndirilməsi və bu baxımdan təşkilatın işinin təkmilləşdirilməsinə dair müzakirələr aparılır.

Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov sessiyanın yüksək səviyyəli seqmentində çıxış edərək ölkəmizdə İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sessiya çərçivəsində, həmçinin təşkilatın fəaliyyətinə dair üzv dövlətlərin təkliflərinə baxılması və BTİ-nin 2024-2027-ci illər üzrə Strateji Planı və Transformasiya üzrə Yol Xəritəsinin müzakirəsi nəzərdə tutulur.

Sessiya iyulun 22-dək davam edəcək.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı