Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirliyin nümayəndələri BTİ-nin Regional Forumunda iştirak ediblər - BBN

Nazirliyin nümayəndələri BTİ-nin Regional Forumunda iştirak ediblər

Qazaxıstanın Astana şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən MDB regionunda inkişafla bağlı Regional Forum keçirilib.

Forumda BTİ-nin üzv dövlətləri, sektor üzvləri, tərəfdaşlar və digər maraqlı tərəflər arasında regionda texnoloji inkişaf, rəqəmsal transformasiya, süni intellekt və digər müasir həllər üzrə mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunub. Həmçinin Ruandanın Kiqali şəhərində keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında qəbul edilmiş təşəbbüslər üzrə regional, eləcə də ölkə prioritetlərindən danışılıb.

Müzakirələrin əsas məqsədi regional təşəbbüslər də daxil olmaqla, Kiqali Fəaliyyət Planında göstərilən prioritetlərə uyğun olaraq, səmərəli layihələrin həyata keçirilməsinə səbəb olacaq vədləri konkret öhdəliklərə çevirməkdir.

Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər. Belə ki, inkişafla bağlı müxtəlif mövzularda keçirilmiş dəyirmi masalarda Azərbaycanda görülən işlər barədə məruzələr edilib və perspektiv inkişafla bağlı BTİ ilə mövcud və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

“Unibank”ın mənfəəti bölüşdürüləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı