Neft bazarında təklif və tələb arasındakı fərq 3 dəfə artacaq

Bloomberght-in verdiyi məlumata görə, OPEC gələn həftə Cəzairdə keçiriləcək iclasdan əvvəl, neft bazarında qrup üzvlərinin razılığa gəlmədiyi halda nələr ola biləcəyini göstərir.

Rusiyanın ən yüksək səviyyədə neft istehsal etməsi və Libya və Nigeriyada azalan istehsalın yenidən əvvəlki səviyyədə olması beynəlxalq bazarda sentyabr ayında keçən aya nəzərən gündə 800 min barel “təklif artıqlığı” yaradır. Bu vəziyyət Beynəlxalq Neft Agentliyi (BNA) tərəfindən günlük 400 min barel hesablanan  təklif artıqlığının 3 dəfə artacağı mənasına gəlir.

Ən böyük özəl müstəqil neft möhtəkiri olan Vitol Qrupun rəhbəri Kris Bake açıqlayıb: “Çox istehsal edirik və ehtiyatları düşündüyümüz kimi aşağı səviyyəyə çəkmək mümkün olmayacaq. Hələ də neft ehtiyatı yaradırıq və bu bir problemdir”.

Səudiyyə Ərəbistanı kimi OPEC üzvləri rekord səviyyədə neft istehsal edərkən, təklif çoxluğunun 2017-ci ilə qədər davam etməsi gözlənilir. Citigroup OPEC-in yeni bir təklif etməməsi halda qiymətlərin 40 dollar ətrafında saxlanılmasının çətin olacağını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır