“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib.Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır