Neft Fondu tərəfindən 50 milyon dollar hərraca çıxarılıb

Azərbaycan Dövlət Neft Fondunun verdiyi məlumata görə, bu gün Fond tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 49,1 milyon ABŞ dolları məbləğində vəsait 29 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışının davam etdiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır