Neft Fondu yanvar-sentyabr ayları ərzində 8 793,4 milyon manat gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci ilin yanvar–sentyabr ayları ərzində büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib.

2017-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat  təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır