Neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib

13 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Türkiyənin terror və təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Fahri Erenel və Abdulla Ağar tərəfindən neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib.

Seminarda risklərin düzgün qiymətləndirilməsi, gələcək təhdidlərin vaxtında aşkar edilərək aradan qaldırılması və texnoloji təhlükəsizlik sistemləri barədə məlumat verilib. Tədbirdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin, “SOCAR Downstream Management” MMC-nin, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Seminar çərçivəsində, həmçinin “SOCAR Türkiyə” və Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təhlükəsizlik xidməti üzrə rəhbər heyəti neft sənayesi obyektlərinin mühafizəsi ilə bağlı təcrübələrini bölüşüblər.

Növbəti gün seminar iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil olunub. SOCAR-ın 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri və müharibə iştirakçıları da səfərdə iştirak ediblər.

Şuşanın zəngin tarixi, mədəni irsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasının qarşısında və şəhərin digər ərazilərində aparılan quruculuq və bərpa işləri ilə tanış olan səfər iştirakçıları, həmçinin Cıdır düzündə olub, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Yuxarı Gövhərağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Səfər müddətində şəhidlərin və qəhrəman ordumuzun keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Nyu-York birjasında təbii qazın qiyməti daha da enib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı