Neftçala rayonunun Cəngan kəndinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən sentyabrın 28-də Neftçala rayonunun Cəngan kəndinə ilk dəfə təbii qaz verilib.

BBN.az xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 656 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı,həmçinin paylayıcı qaz xətləri çəkilib,108 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır