Neftin istehsalı 1,2 mln. barelədək azaldılacaq

OPEC-in  Vyana şəhərindəki 171-ci iclasında 2008-ci ildən sonra ilk dəfə olaraq xam neftin hasilatının azalması barədə razılığa gəlinib. Bunun nəticəsində neftin qiymətləri 8%-dən çox yüksəlib.

OPEC üzvləri günlük xam neft istehsalını 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində  saxlamağı qərara alıblar.

Razılığa əsasən, Səudiyyə Ərəbistanı istehsalı günlük 486 min barel azaldacaq.

Bildirilib ki, bu razılıq OPEC-ə üzv olmayan neft istehsalçısı ölkələr də xam neftin istehsalını günlük 600 min barel azaldılmasını nəzərdə tutur. Rusiyada bu göstərici günlük 300 min barel nəzərdə tutulub.

Tətbiq olunan sanksiyadan əvvəlki dövrdəki səviyyəsinə çatması üçün  İran günlük 90 min barel neft istehsalında artım edə biləcək.

Bu ölkələrin təmsilçiləri 9 dekabr tarixində Qətərin paytaxtı Dohada yenidən  bir araya gələcəklər.

İclasda İndoneziyanın üzvlüyü qərarı təxirə salınıb. Buna səbəb İndoneziyanın tələb olunan miqdarda  istehsalın azaldılması ilə bağlı razılığa gəlməməsi olub.

Qeyd edək ki, razılaşma 6 ay müddətində keçərli olacaq , 2017-ci ilin may ayında yenidən dəyərləndirilərək 6 ay daha uzadıla biləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır