“Neftin qiymətində uzunmüddətli sabitləşmə üçün hasilatın azaldılması sazişinə əməl olunmalıdır”

“OPEC-in neft hasilatını azaltmaq barədə qərarı qiymətlərin sabitləşməsində və dünya üzrə kommersiya neft ehtiyatlarının azalmasında böyük rol oynayıb. Vyana sazişinin müddətinin müəyyən dəyişikliklərlə uzadılması isə bazarda tarazlığın yaradılması üçün zəruridir.”

Bu sözləri BP şirkətinin Rusiya və MDB  ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-cı il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2035” adlı hesabatlarını təqdim edərkən bildirib.

Dünya enerji bazarını ABŞ-dakı şist neft hasilatı və OPEC-in tədbirləri kontekstində qiymətləndirən Vladimir Drebentsov hesab edir ki, neftin qiyməti bu iki faktordan xeyli dərəcədə asılıdır.

O, qeyd edib ki, neftin qiymətində uzunmüddətli sabitləşmə üçün hasilatın azaldılması prosesinə cəlb edilmiş hər bir ölkə bu öhdəliyi yerinə yetirməlidir. Liviya və Nigeriya kimi ölkələrin hasilat siyasətinə yenidən baxılması və OPEC çərçivəsində görülən tədbirlərin effektivliyinin artırılması da çox mühümdür. Onun sözlərinə görə, ABŞ-da şist neft istehsalının təsiri qiymət dinamikasında həmişə izlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır