Neftin qiymətləri niyə stabil deyil?

Xam neftin qiymətləri qlobal tələb narahatlıqlarına görə enməkdədir. 

BBN.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (FED) gələcək faiz artımlarına gedəcəyi və Çinin iqtisadi çətinliyindən dolayı tələbin azalması narahatlıqları xam neftin qiymətlərinə mənfi təsir göstərir. 

İnvestorlar isə bu fikirdədirlər ki, FED-in gələcək faiz artımlarına getməsi dünyanın ən böyük neft istehlakçısı ölkəsində tələbin azalması ilə nəticələnə bilər. Siqnallar isə FED-in faiz artımlarına gedəcəyi yönündədir, çünki inflyasiya hələ də bankın 2%-lik hədəfindən uzaqdır. Neft bazarında narahatlıqlara rəğmən OPEC+ ölkələri, Rusiya və Səudiyyə Ərəbistanı da xam neft ticarəti üzrə qiymətləri cari ilin ən yüksək səviyyəsində saxlayırlar.  

Eyni zamanda qeyd edilir ki, çərşənbə axşamı Amerika Neft İnstitutu tərəfindən elan edilib ki, xam neft rezervi ötən həftə təxminən 2.42 milyon barrel enib. Bunun da dünyanın ən böyük neft istehlakçısı ölkəsində – ABŞ-da tələbin çoxalması fonunda neftin qiymətinə müsbət təsir göstərəcəyi təxmin edilir.  

Qeyd edək ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.12 dollar, yaxud 0.15% enərək 78.77 dollara ticarət edilir. Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.06 dollar, yaxud 0.07% azalaraq 83.15 dollara satılır.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Mərkəzi Bank tərəfindən “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı