Neftin qiymətlərinin stabil qalmasına baxmayaraq, Kanadada benzinin qiymətləri yeni zirvəyə çatdı

Neftin qiymətlərinin stabil qalmasına baxmayaraq, Kanadada benzinin qiyməti yeni zirvəyə çatıb, hazırda Ontario əyalətinin mərkəzi Torontoda benzinin orta qiyməti hər litrinə görə 152.9 sentə satılır. Gözlənilir ki, Ontario ərazisində qiymət bu həftənin sonunda daha 10 sent artacaq. 

BBN.az Kanadanın CBC TV proqramına istinadən xəbər verir ki, sahə üzrə analitik Dan McTeague bildirib ki, əvvəllər bu hal tez-tez müşahidə edilməyib.

O, sürücülərə xəbərdarlıq edərək deyib ki, benzinin litrinə görə qiyməti daha yüksəyə 162.9 sentə çatacaq. “Təkcə bir əyalətdə qiymətlərin bir gündə belə yüksəyə çatması son 10 illikdə ərazidə müşahidə edilməyib. Bu, sistem üçün şokdur”, – deyə analitik sözlərinə əlavə edib. 

Ekspert qeyd edib ki, Ontario həmişə benzinin aşağı qiymətlərinin olduğu ərazi kimi tanınıb. 

Başqa bir analitik isə deyib ki, benzinin qiymətinin yüksək olmasına görə, bu dəfə nefti günahlandıra bilmərik, çünki qiymət stabildir və 80 dollar ətrafında cərəyan edir. Ancaq yaxşı xəbər budur ki, yaxın 2-3 həftədə qiymətlərin enəcəyi gözlənilir. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı