Home » NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!

NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma
  • Keşbek oyunlarına son – Neokart ilə öz keşbek faizini təyin et!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Neokart sahibləri üçün ölkədə ilk dəfə olaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ İSTƏDİYİ KİMİ TƏYİN ETMƏ imkanı yaratdı.

Artıq bankınızın neçə faiz keşbek təklif edəcəyini gözləməyə, həmçinin fərqli keşbek paketləri arasında seçim etmək məcburiyyətində qalmayacaqsınız. Belə ki, NeoKart sahibləri, hər ay arzuladıqları “Supermarket”, “Geyim mağazaları”, “Restoran və kafe”, “YDM” kimi sevimli kateqoriyaları seçərək 5%-dək maksimal faiz dərəcəsini təyin edə biləcək.

Bunun üçün hər ayın əvvəli sadəcə Mobil Şöbə tətbiqində “Neobonus Kateqoriyaları” menyusuna daxil olub, arzuladığınız kateqoriyalar üzrə keşbek faizlərini təyin etmək kifayətdir.

Bununla yanaşı, NeoKart sahibləri əvvəlki kimi Neo Qalaktika tərəfdaş şəbəkəsində 55%-ə qədər keşbek qazanacaqlar. Nəzərinizə çatdıraq ki, NeoKart sahibləri qazandıqları bonusları həm Keşbek, həm də Mil, Danışıq Dəqiqələri və İnternet Giqabaytlarına dəyişə bilərlər.

Əgər Siz hələ də NeoKart sahibi deyilsinizsə, banka gəlmədən sifariş edin və kart evinizə pulsuz çatdırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.