“NeoKartla qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

14.05.2022-ci il tarixində “Bank Respublika”nın Baş ofisində Neokart sahibləri üçün “NeoKartla qazan!” stimullaşdırıcı lotereyanın ikinci tirajının uduşu keçirilib.

“NeoKartla qazan!” adlı lotereyada iştirak hüququ əldə etmək üçün  25.10.2021 – 01.05.2022-ci il tarixləri ərzində ölkə daxilində və xaricində, eləcə də internet üzərindən NeoKart ilə mal və ya xidmətlər üzrə minimum 10 AZN (vəya ekvivalenti) məbləğində nağdsız ödəniş etmək zəruri idi. NeoKart Standard ilə hər 10 AZN (vəya ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 1 uduş şansı, NeoKart Premium kartı ilə isə, hər 10 AZN (vəya ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 5 uduş şansı qazandırırdı.

İkinci tirajda 01.01.2022 – 01.05.2022-ci il tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar, eləcə də birinci tirajda əldə olunan şanslar iştirak ediridi.

5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirak etdiyi lotereyanın ikinci tirajında 154 nəfər qiymətli hədiyyələr və pul mükafatları, 1 nəfər isə Super hədiyyə olan Toyota RAV4 LOW 2.5L Hybrid avtomobilini qazandı.

Bununla da, ötən ildən start götürən lotereyada 255 nəfər NeoKart sahibi qiymətli hədiyyələrin və pul mükafatlarının sahibi oldu!

“NeoKartla qazan!” lotereyasının ikinci tirajında hədiyyə qazanmış müştərilərin siyahısı

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı