Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Netflix”in həmtəsisçisi: İlk illərdə 5 milyon dollar gəlir, 50 milyon dollar zərərimiz oldu - BBN

“Netflix”in həmtəsisçisi: İlk illərdə 5 milyon dollar gəlir, 50 milyon dollar zərərimiz oldu

Uğur üçün özünü yenidən kəşf etməyə hazır olmaq vacibdir.

BBN.az xəbər verir ki, bunu Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən “Netflix”in həmtəsisçisi və ilk rəhbəri Mark Randolf söyləyib.

O bildirib ki, şirkətin qurulduğu ilk illərdə 5 milyon dollar gəlir əldə edilsə də, 50 milyon dollar zərər qeydə alınmışdı. Çıxış yolunu Blockbuster ilə əməkdaşlıqda görsələr də, təklif rədd olunub: “Biz onlara 50 milyon dollara şirkəti almağı təklif etdik, amma Blockbuster bu imkanın dəyərini anlamadı və rəqabəti seçdi”.

Randolf əlavə edib ki, “Netflix” çətinlikləri işçi ixtisarları, xərclərin azaldılması və inadla davam etməklə dəf edib. “Sonda IPO etdik, Blockbuster-i gəlirlərdə geridə qoyduq və nəticədə həmin nəhəng şirkət müflis oldu”.

Uğurlu biznesin əsas dərsini belə ifadə edib: “Əgər öz uğurunu yenidən formalaşdırmağa və dəyişməyə hazır deyilsənsə, başqaları sənin biznesini pozmağa hazır olacaq”. O xatırladıb ki, Netflix ideyasını ilk dəfə dediyimdə həyat yoldaşım bunun ən mənasız fikir olduğunu söyləmişdi.

Randolf innovasiyanın mürəkkəb proses olmadığını, əsasən iki şərtdən ibarət olduğunu qeyd edib: risk götürmə dözümü və istiqamətə sahib olmaq. “Bəzən yüzlərlə ideya sınamalı olursan ki, uğurlu olanı tapsan. Əsas odur ki, onları sınayasan, böyük və ya mükəmməl olması vacib deyil”, – deyə o bildirib.

Həmçinin Randolf xatırladıb ki, indiyə qədər yeddi şirkətin yaradılmasında iştirak edib: “İkisinin bazar dəyəri milyardlarla dollara çatıb, üçü IPO edib, biri isə tam uğursuz olub. Amma işin əvvəlində heç kim uğurlu və ya uğursuz olacağını deyə bilməz. Çünki doğrudan da ‘heç kim heç nə bilmir’”.

O əlavə edib ki, biznes planların çox vaxt dəyəri olmur, çünki onlar real müştəri ilə ilk təmasdan sonra dəyişir: “Ən doğru yol ideyaları tez, ucuz və sadə formada sınamaqdır. Bir gün praktikada öyrəndiyin şey, bir ay müzakirədən daha çox fayda verir”.

Randolf həmçinin Hollivuddan nümunə gətirib: “35 min dollara çəkilən Blair Witch Project filmi 250 milyon dollardan çox gəlir gətirdi. Digər tərəfdən yüz milyon dollarlıq büdcə ilə çəkilən filmlər tam uğursuz ola bilər. Nəticəni əvvəlcədən heç kim bilmir”.

Related posts

Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb

ABŞ-ın xam neft ehtiyatları azaldı

Yaponiyada inflyasiya son üç ilin ən aşağı səviyyəsinə düşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı