Yaponiyanın Nikkei 225 indeksi tarixdə ilk dəfə olaraq 45 min bənd həddini aşaraq yeni rekorda imza atıb.
Səhər ticarətində indeks 45 055,38 bəndə yüksəlib ki, bu da cümə günü bağlanış göstəricisindən 287,26 bənd və ya 0,6% çoxdur. Daha sonra investorların mənfəəti fiksasiya etməsi səbəbindən artım bir qədər zəifləyib. Qeyd edək ki, Yaponiyanın fond bazarı bazar ertəsi dövlət bayramı ilə bağlı fəaliyyət göstərməyib.
Artımın əsas səbəbi yarımkeçirici şirkətlərin səhmlərinin bahalaşması olub. Lider mövqedə Tokyo Electron yer alıb – şirkətin səhmləri 3% bahalaşıb. Advantest və SoftBank səhmləri isə 2% artıb, lakin sonradan qiymətlərdə korrektə müşahidə olunub.