“Nikoil Bank”a yeni təyinat olub

“Nikoil Bank” ASC-nin hüquq şöbəsinə yeni müdir təyin edilib.  Bu vəzifəyə Elşən Kərimov gətirilib.

Əvvəllər  E.Kərimov  hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-nin hüquq şöbəsinin müdiri, daha öncə isə Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri olub.

Xatırladaq ki, “Nikoil Bank” ASC 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri “Topaz İnvestments” QSC (56,4%), “Nikoil” QSC (42,6%) və “ISR Holding” MMC-dir (1%).

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır