Nominal əmək haqqı 6%-dək artıb

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır