Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Norveç Vergi Administrasiyası ilə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib - BBN

Norveç Vergi Administrasiyası ilə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Norveç Vergi Administrasiyasının baş direktoru xanım Nina Şanke Funnemark ilə videoformatda görüş keçirib.

Görüşdə gündəmdə olan prioritet əməkdaşlıq istiqamətləri və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. IOTA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində təkliflər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sistemlərinin yüksək beynəlxalq standartlara uyğun təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşün davamında vergi inzibatçılığı sahəsində birgə təşəbbüslərin artırılması imkanları nəzərdən keçirilib, bu məqsədlə mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Related posts

QLOBAL İQTİSADİYYATIN “QARA BULUDLARI”: BVF və Dünya Bankının iclaslarına müharibə kölgəsi düşdü!

YAPONİYA BANKI ÜÇÜN “İRAN” TƏLƏSİ: Faiz artımı planları alt-üst oldu!

NEFT BAZARINDA “TRAMP” FIRTINASI: Qiymətlər 100 dolları ötdü, dünya şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı