Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Norveçin Neft Fondunun sərvəti 2 trilyon dollara yaxınlaşır - BBN

Norveçin Neft Fondunun sərvəti 2 trilyon dollara yaxınlaşır

Dünyanın ən böyük suveren sərvət fondlarından biri olan Norveçin Neft Fondu (Norwegian Government Pension Fund Global) tarixi rekord həddə yaxınlaşıb – fondun vəsaitlərinin həcmi 2 trilyon dollara çatmaq üzrədir.

BBN.az xəbər verir ki, 2025-ci ilin yekunlarına əsasən, fondun hesablarında 1 trilyon 936 milyard ABŞ dolları toplanıb. Bu göstərici ilə 5 milyon əhalisi olan Norveçdə adambaşına düşən vəsait təxminən 380 min dollar təşkil edir.

Son illərdə fond büdcəyə transfertləri azaltmaqla daha qənaətcil siyasət yürütməyə başlayıb. Məlumatlara görə, dövlət büdcəsinə köçürülən vəsaitin həcmi ötən illə müqayisədə 1 milyard dollar azalıb.

Norveç Neft Fondu ilkin olaraq neft gəlirlərinin toplanması məqsədilə yaradılıb. 1968-ci ildə Ağ dənizdə neftin kəşfindən sonra bu gəlirlərin xüsusi fond vasitəsilə idarə edilməsi qərara alındı.

1998-ci ilə qədər fondun aktivləri 23 milyard dollara çatmışdı. Həmin ildən etibarən vəsaitlərin beynəlxalq bazarlarda investisiyalaşdırılmasına başlanıldı.

Maliyyə strategiyasının genişləndirilməsi nəticəsində fondun aktivləri illər ərzində sürətlə artıb:

  • 2000-ci ildə – 44 milyard dollar

  • 2005-ci ildə – 207 milyard dollar

  • 2010-cu ildə – 529 milyard dollar

  • 2017-ci ildə isə ilk dəfə 1 trilyon dolları keçərək 1 trilyon 38 milyard dollara yüksəlib.

2024-cü ilin sonunda fondun sərvəti 1 trilyon 768 milyard dollar, 2026-cı ildə isə 1 trilyon 936 milyard dollar olub.

Hazırda fondun ən böyük investisiya portfelləri “NVIDIA”, “Microsoft”“Apple” kimi nəhəng texnologiya şirkətlərinə yönəlib. Bundan əlavə, fond İtaliyada 14 günəş enerjisi stansiyasının alınması ilə bərpa olunan enerji sektoruna da sərmayələrini artırır.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı