“Kapital Bank”ın Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

“Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

BBN.az xəbər verir ki, yığıncaq 8 noyabr 2018-ci il tarixində “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında baş tutacaq.

Səhmdarların növbədənkənar yığıncağında “Kapital Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır