İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 20.000 manat olan “Hyundai Grandeur” markalı avtomobil 24.000 manata, 7.980 manat olan “Honda Accord” markalı avtomobil 13.200 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Eqbkz linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 4 və 17 dekabr tarixlərində keçiriləcək növbəti hərraclara 113 əmlak çıxarılıb, o cümlədən iştirakçılara qeyri-yaşayış sahələri, torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.