Home » Növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb

Növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yanvarın 9-da keçirilən hərraca çıxarılan əmlaklara 164 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb. Rəqabətli keçən hərracda “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6.750 manat olsa da, son təklif 13.500 manata yüksəlib. Start qiyməti 8.000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14.800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə  https://clck.ru/37aiHY linki vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.