Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 və 26 dekabr tarixlərində keçirilən hərraclarda 9 nəqliyyat vasitəsi satılıb.
25 dekabr tarixində keçirilən həracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 6 avtomobil, ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 1 maşın satılıb.
26 dekabr tarixində keçirilən hərracda isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan 2 nəqliyyat vasitəsi satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə  https://clck.ru/3FSGTv linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 7, 10 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketləri, müəssisə və nəqliyyat vasitələri çıxarılıb.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Related posts

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan neftinin qiyməti bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı