Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Şəkidə keçiriləcək

Növbəti KOB Fest sərgi-satış yarmarkası iyulun 22-də Şəki şəhərində təşkil olunacaq. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.

Şəki Xan Sarayının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.

Qeyd edək ki, bu ilin aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının  təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri  genişləndirməkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib. 

Related posts

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı