Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Növbəti Peşələr Festivalı Sabirabad şəhərində keçirildi - BBN

Növbəti Peşələr Festivalı Sabirabad şəhərində keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Sabirabad olub.

“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, dövlət və özəl qurumların nümayəndələri, məktəblilər, tələbə və gənclər iştirak edib.

Festival rayonda böyük marağa səbəb olub və tədbirə 14 minə yaxın şəxs qatılıb.

Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Festival çərcivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa, festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.

Növbəti Peşələr Festivalı Bakıda keçiriləcək.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı