Noyabr ayında DGK xətti ilə büdcə daxilolmaları 2% azalıb

Cari ilin noyabr ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 214, 75 mln. manat vəsait daxil olub. DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 2,2% azalma müşahidə edilib.

Qeyd edək ki, bu ilin noyabr ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 61, 393 mln. manatını gömrük rüsumu ,  142,6 mln. manatını daxil olunan malların əlavə dəyər vergisi , 7,89 mln. manatını aksizlər üzrə , 2,88  mln. manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır