Noyabrın 28-də keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb

Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Nəqliyyat vasitələrinin birinə edilən ən son təklif isə start qiymətindən 4 dəfədən də çox olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 28-də keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 145 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Hyundai County” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, ən son təklif 31.000 manata yüksəlib. İlkin qiyməti 7.500 manat olan eyni markalı digər avtobus isə 27.500 manata özəlləşdirilib.

28 noyabr hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 234.435 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə  linki vasitəsilə tanış olmaq olar.

Related posts

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı