Noyabrın 7-si, 14-ü, 17-si və 21-də hərrac keçiriləcək

Növbəti hərraclara 98 əmlak çıxarılacaq. İştirakçıların müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.

  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq. Bu dövlət əmlakları arasında yardımçı təsərrüfat və iaşə obyektləri var.

Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 manatla 16.200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı