Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
NRYTN-in nümayəndələri Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlərdə iştirak ediblər - BBN

NRYTN-in nümayəndələri Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlərdə iştirak ediblər

Avropa İttifaqının təşkilatçılığı ilə Xorvatiyada 100-ə yaxın tənzimləyici-telekommunikasiya qurumunu birləşdirən dörd regional təşkilatın (BEREC – EaPeReg – EMERG – Regulatel) birgə sammiti və “Şərq Tərəfdaşlığı (ŞT)” ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası keçirilib.

Tədbirlərdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edib.

Dördtərəfli BEREC (Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası) – EaPeReg (Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) – EMERG (Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupu) – Regulatel (Latın Amerikası Telekommunikasiya Tənzimləyici Təşkilatı) sammitdə regional təşkilatlar, eyni zamanda üzv ölkələrin tənzimləyici-telekommunikasiya qurumları arasında əməkdaşlıq imkanları və mütərəqqi təcrübənin öyrənilməsi, birgə perspektiv layihələrin icrası, telekommunikasiya infrastrukturunun gücləndirilməsi, “5G” texnologiyası, əlverişli yüksəksürətli internet və s. məsələlər ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb.

“EaPeReg”in Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası zamanı ilkin mərhələdə ŞT ölkələri, daha sonra Aİ və ŞT ölkələri arasında rouminq tariflərinin aşağı salınmasını nəzərdə tutan “Regional Rouminq Sazişi” layihəsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

“EaPeReg” və digər təşkilatlar ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri istiqamətində işlər davam etdirilir. Regionda rəqəmsal transformasiyanın əsas elementi olan telekommunikasiya şəbəkələri və genişzolaqlı xidmətlərin təkmilləşdirilməsi ölkənin texnoloji hazırlığı istiqamətində vacib fəaliyyət olmaqla yanaşı, əsas strateji prioritetlərdən biri kimi qiymətləndirilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı