Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır - BBN

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və nüfuzlu təhsil müəssisələrindən biri olan Harbour.Space Universitetinin və Azərbaycan Süni İntellekt Laboratoriyasının (AI Lab) nəzdində fəaliyyət göstərən AI Academy – Süni İntellekt tədris mərkəzinin birgə əməkdaşlığı ilə Azərbaycanda İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmiş proqrama start verilir. Bu məqsədlə yaradılan “DigiRise” adlı yeni, ödənişsiz proqram süni intellekt və proqram mühəndisliyi üzrə ixtisaslaşmış kiçik və orta səviyyəli mütəxəssislərin hazırlığını və ixtisasartırmasını hədəfləyir.

İRİA-nın “DigiRise” proqramını həyata keçirməkdə məqsədi iştirakçılara beynəlxalq səviyyəli təlimlər təklif etməklə yanaşı, ölkədə rəqəmsal sahədə yüksək ixtisaslı kadr potensialının inkişafına mühüm töhfə verməkdir. Təlimlər iştirakçılara qlobal rəqabətdə üstünlük qazandıracaq dəyərli biliklər təqdim edir və Azərbaycanın texnologiya sektorunda güclü kadr bazasının formalaşmasına şərait yaradır. Həmçinin, proqramın tərəfdaşlarından biri olan “AI Academy” uzunmüddətli perspektivdə süni intellekt imkanlarından yararlanmaq və tətbiq olunması ilə bağlı dəstək göstərəcəkdir.

Qeyd edək ki, Harbour.Space Universiteti müasir texnologiyalar, dizayn və sahibkarlıq sahələrində ixtisaslaşan yenilikçi bir təhsil müəssisəsidir. Universitet tələbələri real layihələr və praktiki təcrübələr əsasında tədris edərək qlobal iş bazarına hazırlayır.

Proqram çərçivəsində dövlət və özəl sektorda çalışan şəxsləri əhatə edən 50 iştirakçı təlimə cəlb olunacaq. Namizədlər ilkin texniki bacarıqları, karyera yüksəlişi imkanları və motivasiyalarına əsasən xüsusi meyarlarla təşkil olunan onlayn test və müsahibə mərhələləri vasitəsilə seçiləcəklər.

“DigiRise” proqramı, real iş ehtiyaclarına uyğunlaşdırılmış unikal “İş və təhsil” modelini təqdim edir. Tələbələr seçilmiş “Capstone” layihələri üzərində işləyərək rəqəmsal transformasiya bacarıqlarını real dünya şəraitində inkişaf etdirəcəklər. Təlim prosesində tələbələrə mentor dəstəyi təmin ediləcəkdir. Qeyd edək ki, təlimlər Harbour.Space Universitetinin təlimçiləri tərəfindən ingilis dilində keçiriləcəkdir.

  • Tədris müddəti: 12 aya qədər (2024-cü ilin dekabr ayında başlanılacaq)
  • Tədris formatı: oflayn, onlayn və hibrid
  • Gündəlik dərs yükü: 3 saat (iş qrafikinə uyğun dərs cədvəli)

Proqrama əsas riyazi, alqoritmik və İT biliklərinə sahib, proqram təminatı sahəsində 1-3 illik təcrübəsi olan şəxslər müraciət edə bilər.

Proqrama aşağıdakı linkdən qeydiyyatdan keçərək müraciət edə bilərsiniz:

Qeydiyyat linki: https://join.harbour.space/ml-softdev
Son qeydiyyat tarixi: 04.12.2024

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı