Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nvidia-nın gəliri 73 faiz artıb - BBN

Nvidia-nın gəliri 73 faiz artıb

“Nvidia” şirkəti üç aylıq maliyyə nəticələrini açıqlayıb.

BBN.az xəbər verir ki, şirkətin həmin dövrdə gəliri illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara çatıb.

Əvvəlki rüblə müqayisədə gəlirini 20 faiz artıran “Nvidia” keçən ilin eyni dövründə 39,3 milyard dollar əldə edib.

Nvidia-nın gəlirinin 2026-cı maliyyə ili üçün 65 faiz artaraq təxminən 216 milyard dollara çatacağı proqnozlaşdırılır. Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.

Nvidia-nın xalis mənfəəti də eyni rübdə illik müqayisədə 94 faiz artaraq 42,96 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar olaraq qeydə alınıb.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı