Nvidia-nın səhmləri Meta Platforms-un süni intellekt çiplərinə milyardlarla dollar xərcləmək üçün “Google” ilə danışıqlar apardığına dair məlumatlardan sonra enişə keçib.
BBN.az xəbər verir ki, məlumata görə, “Meta” 2027-ci ildən etibarən məlumat mərkəzlərində Google-un tenzor emal vahidlərindən (TPU) istifadə etmək üçün danışıqlar aparır.
Həmçinin bildirilib ki, “Meta” gələn ildən Google-un bulud xidmətlərindən TPU çiplərini icarəyə götürə bilər. Bu isə Nvidia-nın çip bazarında “Google” ilə daha sərt rəqabətlə üzləşəcəyi ehtimalını artırır.
Hazırda “Nvidia” çipləri “Meta” və “OpenAI” də daxil olmaqla böyük texnoloji şirkətlər üçün süni intellekt platformalarının qurulmasında əsas standart sayılır.