Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Nvidia”nın bazar dəyəri 5 trilyon dolları keçdi — tarixdə ilk - BBN

“Nvidia”nın bazar dəyəri 5 trilyon dolları keçdi — tarixdə ilk

ABŞ-ın aparıcı çip istehsalçısı “Nvidia” bazar dəyərini 5 trilyon dollardan yuxarı səviyyəyə qaldıraraq bu həddi keçən ilk şirkət olub.

BBN.az xəbər verir ki, birjada şirkətin səhmlərinin qiyməti 4 faizdən çox artaraq 210,80 dollara yüksəlib. Bunun nəticəsində “Nvidia”nın ümumi bazar dəyəri 5,1 trilyon dollara çatıb.

Süni intellektlə bağlı yeni planlar

Oktyabrın 28-də proqramçılar və texnologiya mütəxəssislərinin iştirak etdiyi tədbirdə “Nvidia”nın baş direktoru Censen Huang şirkətin süni intellekt sahəsində əldə etdiyi yeni nailiyyətləri təqdim edib.

Huang çıxışı zamanı bildirib ki, “Nvidia” ABŞ Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 7 ədəd süni intellekt əsaslı superkompüter hazırlayacaq. O, həmçinin AI çipləri üçün 500 milyard dollarlıq sifariş gözlədiklərini açıqlayıb.

Sürətli yüksəlişin ardında süni intellekt bum-u

Xatırladaq ki, “Nvidia”nın bazar dəyəri son iki il ərzində rekord templə artıb:

  • 2023-cü ilin fevralında 2 trilyon dollar,

  • iyun ayında 3 trilyon dollar,

  • iyulda isə 4 trilyon dollar həddini keçmişdi.

Bu sürətli artımın əsas səbəbi süni intellekt çiplərinə qlobal tələbin kəskin yüksəlməsi olub.

“Nvidia” dünyanın ən dəyərli şirkəti oldu

Hazırda “Nvidia” dünyanın ən yüksək bazar dəyərinə malik şirkətidir. Siyahıda onun ardınca “Microsoft” (4,03 trilyon dollar) və “Apple” (4 trilyon dollar) gəlir.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı