“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib

10 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Vergilər Məcəlləsinə fiziki şəxslər olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə müəssisələrində nağd və nağdsız ödənişlər zamanı ƏDV məbləğinin müəyyən qisminin geri qaytarılmasına dair edilən əlavə dəyişikliklər müzakirə edilərək, bu dəyişikliklərin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. 2018-ci il üzrə aparılan əməliyyatlardan irəli gələrək MCC kodlar üzrə son siyahının Vergilər Nazirliyinə təqdim edilməsi razılaşdırılmışdır. Görüşdə həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təcili ödənişlər sisteminin istismara verilməsi müzakirə edilərək aidiyyəti sualların Mərkəzi Banka ünvanlanması qərara alınmışdır.

Həmçinin Banklararası Kart Mərkəzi tərəfindən təqdim edilən hesabatlılıq formalarının təkmilləşdirilməsi və bu məqsədlə banklara aidiyyəti müraciətin ünvanlanması qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır