“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

3 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.

İclas zamanı POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 (yüz) manat məbləğinə qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə fəaliyyətin təşkili müzakirə edilmişdir. Həmçinin ekspert qrupunun üzvləri tərəfindən, ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə kart istifadəçilərinin intensiv qaydada məlumatlandırılması məsələsinə toxunuldu.

Ekspertlərin müzakirəsi nəticəsində iclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır