Ödənişlər dəri altındakı çiplə həyata keçiriləcək!

Çexiyada yaşayan 20 nəfər bundan sonra ödənişləri dərilərinin altına yerləşdirilən çip ilə edəcəklər. Çipin yeganə çatışmazlığı, ödəmələrin hələlik yalnız Bitcoin ilə edilə bilinməsidir.

Ödəmə etməyi mümkün edən çipin ölçüsünün 12×12 millimetr olduğunu qeyd edən Çexiya Radiosu, cihazın sol əlin arxa tərəfinə, baş barmaq və işarə barmağı arasına yerləşdirildiyini qeyd edib.

Sterilləşdirilmiş çipi hər bir kəs özü təkbaşına dəri altına yerləşdirə bilər. Qeyri-hökumət təşkilatının nümayəndəsi Yan Hubik, “Satın alsanız, çip sterilləşdirilmiş qablaşdırma içərisində sizə çatdırılacaq, çip şprisin içində olacaq. Etməniz lazım olan tək şey, əlinizi dezinfeksiya etmək, qablaşdırmanı sterilləşdirilmiş bir şəraitdə açmaq və çipi inyeksiya kimi dərinin altına yerləşdirməkdir” deyib.

Hubik dəri altına çip yerləşdirmək istəyən adamların sayının gündən-günə artdığını bildirib.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır