“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə görüşü keçirilmişdir

13 mart tarixində Azərbaycan Respuiblikası Mərkəzi Bankında rəqəmsal ödənişlərin genişləndirilməsi mövzusunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktorunun və “Ödəniş sistemləri və rəəqmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələrinin birgə iştirakı ilə görüş keçirilmişdir.

Görüşün əsas müzakirə mövzusunu “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ABA və Ekspert Qrupu tərəfindən elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi, rəqəmsal ödənişlərin stimullaşdırılması, habelə rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması və maliyyə savadlılığının yüksəldilməsi istiqamətində həyata keçiriləcək tədbirlər və bu layihələrin Mərkəzi Bankla birgə koordinasiya edilməsi təşkil etmişdir.

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə məsafədən bank hesablarının açılması zamanı mövcud problemlərə, o cümlədən FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi ilə rəqəmsallaşmanın tam tətbiq edilməsinin mümkünsüzlüyü, elektron ticarət əməliyyatlarında risklərin daha effektiv idarə edilməsi, ölkədə mövcud POS-terminal şəbəkəsinin effektivliyinin qiymətləndirilməsi, habelə Ekspert Qrupunun iştirakı ilə ABA tərəfindən bank sistemində rəqəmsal bankçılıq sahəsində tətbiq edilən məhsul və xidmətlərin, həyata keçirilən stimullaşdırıcı layihələrin diaqnostikanının aparılması kimi məsələlərə də toxunulmuşdur.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı