“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

23 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun geniş tərkibdə növbəti görüşü “Unibank” KB ASC-də keçirilmişdir. Görüşün əsas müzakirə mövzusu rəqəmsal ödənişlərin inkişafına və tətbiq edilən xidmət, o cümlədən interçeync xidmət haqlarına birbaşa təsir göstərən və beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilən müxtəlif istiqamətli xidmət haqları olmuşdur.

Görüşdə Ekspert Qrupu üzvləri xidmət, əsasən də interçeync xidmət haqlarının tənzimlənməsinə mühüm təsir qüvvəsinə malik olan beynəlxalq ödəniş sistemlərinin xidmət haqlarının artmasına dair münasibət bildirmişdir.

ApplePay, GooglePay ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində aparılan müzakirələrdə beynəlxalq ödəniş sistemi tərəfindən bu ödəniş əməliyyatlarında tətbiq edilən xidmət haqlarının yüksəldilməsi və bunun ümumi ekosistemə mənfi təsir göstərməsi qeyd edilmişdir.

Görüşün nəticəsi olaraq xidmət haqlarının tənzimlənməsi istiqamətində atılacaq addımlar və bu sahədə aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edilməsi razılaşdırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı