“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Türkiyə Respublikasında təcrübə mübadiləsi başa çatmışdır

ABA-nın təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun təmsil  olunduğu geniş tərkibdə nümayəndə heyətinin Türkiyə Respublikasına təcrübə mübadiləsi üzrə rəsmi səfəri başa çatmışdır.

3 günlük (26-28 oktyabr) müddəti əhatə edən səfər zamanı qardaş Türkiyə Respublikasının bank sisteminin rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Səfər çərçivəsində Türkiyə Respublikasının Banklararası Kart Mərkəzi, “İng Bank”, “Vakıfbank”, “Ziraat Bank”, “Yapı Kredi Bank”, “Aktif Bank”, “Türkiye İş Bankası” kimi iri maliyyə institutları ilə yanaşı, “Visa Inc.” beynəlxalq ödəniş sisteminin Türkiyə Respublikası üzrə nümayəndəliyi, Birleşik Ödeme Hizmetləri, “Paycell”, Token, Payten, Provision kimi fintex şirkətləri ilə görüşlər keçirilərək təcrübə mübadiləsi aparılmışdır.

Aparılan təcrübə mübadiləsinin nəticəsi olaraq, Ekspert Qrupu tərəfindən təklif və tövsiyələr hazırlanaraq bank ictimaiyyətinə açıqlanacaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı