OECD ölkələrində işsizlik səviyyəsi stabildir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə ümumi işsizlik səviyyəsi 5.2%-də qərarlaşıb və işsizlərin sayı 33.2 milyon nəfər təşkil edib. Bu barədə, OECD-nin oktyabr ayına olan hesabatında qeyd olunub.

Avropa Birliyi ölkələrində işsizlik göstəricisi 6.3%, Avrozona ölkələrində 7.5%, Böyük Yeddilikdə isə 4.2% olub.

OECD ölkələri arasında işsizliyin ən yüksək səviyyəsi İspaniyadadır. Belə ki, İspaniyada oktyabr ayına olan işsizlik dərəcəsi 14.2% səviyyəsində qərarlaşıb. Bu isə, 3 milyon 280 min işsiz deməkdir. Ən aşağı işsizlik isə Çexiyada müşahidə olunub. Oktyabr ayında Çexiyada işsizlərin sayı cəmi 117 min nəfər (2.2%) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır