OECD ölkələrinin inkişaf səviyyəsi 0.3% artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin ikinci rüb ərzində orta artım səviyyəsi 0.3% olub.

Bu haqda məlumat Bloomberght.com saytında verilib.

Təşkilatın iqtisadi inkişaf hesabatına əsasən, 35 ölkədən ibarət olan OECD-də ÜDM aprel-iyun dövrü ərzində 0,3% artıb.

İlin ilk rübündə 0,4 səviyyədə artım tempinə malik olan OECD ölkələri ikinci rübdə Almaniya, Fransa, İtaliya və Yaponiyanın ÜDM-sinin düşməsi ilə bağlı zəifləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır