Oktyabr ayı ərzində ƏMDK-ya 900-ə yaxın müraciət daxil olub

Əmlak Məsələləri Dövlət Komitəsinin 193 vahid çağrı mərkəzinə, facebook və instagramdakı rəsmi səhifələrinə, həmçinin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinə ümumilikdə oktyabr ayı ərzində 900-ə yaxın müraciət daxil olub.

Onların 750-dən çoxu 193 vahid çağrı mərkəzinin, 130-a yaxını sosial şəbəkələrin, qalanı isə “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Cəmi müraciətlərin 700-ə yaxını Bakının, 180-dan çoxu isə regionların payına düşür.

Statistikaya görə oktyabr ayı ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 684-ü (91%) sorğu tiplidir.

Qeyd edək ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 78%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.

Məcmu sorğuların mövzuları üzrə strukturunun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 18%-i özəlləşdirilmə ilə, 8%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır