Oktyabr ayında debet kartların sayı artıb

2017-ci ilin oktyabr ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 5.09 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici 29 min ədəd çoxdur. Həmçinin, oktyabr ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.145 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 91 milyon manat məbləğində artıb.

Qeyd edək ki,  orta hesabla oktyabr ayı ərzində 1 debet kartla 224 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 16 manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır